Rusiya ordusu Kiyevdə Elmlər Akademiyasının binasını bombalayıb, nəticədə iki nəfər həlak olub
Rusiya ordusu Kiyevdə Elmlər Akademiyasının binasını bombalayıb, nəticədə iki nəfər həlak olub. Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Anatoli Zaqorodni bildirib ki, daha bir neçə şəxslə əlaqə yaratmaq mümkün deyil. Dron hücumu nəticəsində binanın dam örtüyü və yuxarı mərtəbəsi yanır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, Milli Elmlər Akademiyasının binasında xilasetmə əməliyyatı davam edir. Xüsusilə, hazırda yanğının söndürülməsi və binanın içərisində ola biləcək insanların axtarışı üzrə işlər fəal şəkildə davam etdirilir.
Paralel olaraq, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, paytaxtın Şevçenkovski rayonunda dronun qeyri-yaşayış binasına çırpılması nəticəsində bir qadın həlak olub, 11 nəfər isə xəsarət alıb.