Rusiya “Okean-2024” hərbi dəniz təlimlərinə başlayıb

14:29, 11.09.2024

Rusiya Hərbi Dəniz Qüvvələri beş dənizdə keçiriləcək ən irimiqyaslı “Okean-2024” təliminə başlayıb.

Məlumatı xarici media Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən yayıb.

Agentliyin məlumatına görə, təlimlərin məqsədi əməliyyat hazırlığını və yüksək dəqiqlikli silahlardan istifadəni yoxlamaqdır.

Təlimlər Sakit və Şimal Buzlu okeanlarında, həmçinin Aralıq dənizi, Xəzər və Baltik dənizlərində keçiriləcək.

Mövcud məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin 400-dən çox döyüş gəmisi, sualtı qayıqlar, köməkçi donanmanın yardımçı gəmiləri, 120-dən çox təyyarə və helikopter, 7000-ə yaxın silah, hərbi və xüsusi texnika, 90.000-dən çox heyət var.

Oxşar