Rusiya nümayəndə heyyətinin etirazına rəğmən, ATƏT-in Parlament Assambleyası işğal edilmiş ərazilər haqqında Gürcüstanın rezolyusiyasını gündəmdən çıxartmadı
Rusiya nümayəndə heyyətinin etirazına rəğmən, ATƏT-in Parlament Assambleyası işğal edilmiş ərazilər haqqında Gürcüstanın rezolyusiyasını gündəmdən çıxartmadı, – bu barədə məlumatı Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sopo Katsarava öz “Facebook” səhifəsində yayır.
Katsaravanın yazdığına görə, ATƏT-in bu qərarından sonra, komitə və plenar iclasda qeyd olunan rezolyusiyanın müzakirəsi davam edəcək.
Katsarava həmçinin, ATƏT-in Parlament Assambleyasında Böyük Britaniya heyyətinin rəhbəri Mark Priçardinin bəyanatını yayır.
“Bütün beynəlxalq təşkilatlar Gürcüstanın suverenliyi və ərazi bütövlüyü haqqında razılaşırlar və Abxaziyanın və Cənubi Osetiyanın Gürcüstan əraziləri olduğunu kimsə şübhə altına qoymur” – deyib Böyük Britaniya heyyətinin rəhbəri ATƏT-in Parlament Assambleyasında.