Rusiya Nəqliyyat Nazirliyi Gürcüstanla birbaşa uçuşların bərpası ilə bağlı məlumat yayır
Rusiya aviaşirkətləri Moskva-Tbilisi-Moskva istiqamətində həftədə yeddi birbaşa uçuş həyata keçirəcəklər, – bu barədə rus mediası Rusiya Nəqliyyat Nazirliyinə istinadən yazır.
Rusiya Nəqliyyat Nazirliyində bəyan edirlər ki, uçuşlar daxili istehsal təyyarələri ilə həyata keçiriləcək. Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, Rusiya Federasiyası mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edir.
Rusiya hakimiyyətinin qərarına əsasən, Rusiya aviaşirkətlərinin uçuşlarına və turların satışına qoyulan qadağa da aradan qaldırılır. Vladimir Putinin fərmanına əsasən, Gürcüstana uçuşlar 2019-cu il iyulun 8-dən Rusiya aviaşirkətlərinə qadağan edilmişdi.