Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Donetsk vilayətinin Kalinovo kəndini işğal etdiyini açıqlayıb

17:00, 07.09.2024

Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Kalinovo kəndini işğal etdiyini açıqlayıb.

Kənd Rusiya qüvvələrinin aktiv şəkildə hücum etdiyi Pokrovskidən cənub-şərqdə yerləşir.

Ukrayna hökumətinin 2001-ci ildəki statistikasına görə, kənddə 200 nəfər yaşayırdı.

Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin bəyanatı ilə bağlı rəsmi şərh verməyib.

Oxşar