Rusiya Müdafiə Nazirliyi – Gecə saatlarında Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın beş regionu üzərində 61 pilotsuz uçuş aparatını vurub

14:07, 05.01.2025

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın beş regionu üzərində 61 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Bunlardan 37 pilotsuz təyyarə Rostov vilayəti, 20-si Bryansk üzərində məhv edilib. Voronej, Belqorod və Orlovsk vilayətlərində də pilotsuz təyyarələr vurulub.

Rostov vilayətinin iki yaşayış məntəqəsində pilotsuz uçan aparatın dağıntılarının düşməsi nəticəsində bir neçə yaşayış evi və avtomobilə ziyan dəyib.

Regional hakimiyyət orqanlarının məlumatına görə, pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusarın məlumatına görə, Ukraynaya məxsus pilotsuz təyyarələr gecə saatlarında Taqanroq şəhərinə və Milerovo hərbi aerodromuna hücum edib.

Oxşar