Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 12 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 12 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb

Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynadan atılan 12 pilotsuz uçuş aparatını vurub. – Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında pilotsuz uçuş aparatlarının Voronej və Rostov vilayətlərində məhv edildiyi qeyd edilir.

“Gecə Kiyev rejimi pilotsuz uçan aparatlardan istifadə etməklə Rusiya Federasiyası ərazisindəki obyektlərə terror hücumuna cəhd edib. Hava hücumundan müdafiə sistemi Ukraynanın 12 pilotsuz uçuş aparatını, 8-i Voronej vilayəti ərazisində, 4-ü isə Rostov vilayətində məhv edib”. – bəyanatda qeyd olunur.