Rusiya mətbuatı- Rusiya Ukraynada yerli vaxtla saat 09:00-dan etibarən atəşkəs elan edir və humanitar dəhlizlər açacaq
Rusiya mətbuatının məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun xahişi ilə Rusiya Ukraynada yerli vaxtla saat 09:00-da atəşkəs elan edir və humanitar dəhlizlər açacaq.
Mətbuatın məlumatına görə, Kiyev, Mariupol, Xarkov və Sumı sakinləri üçün humanitar dəhlizlər açılacaq.
Rusiya mətbuatı həmçinin yazır ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri evakuasiyaya, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə davamlı olaraq nəzarət edəcək.
“Rusiya hökuməti Ukrayna hakimiyyətindən, eləcə də şəhər hakimiyyətindən konkret addımlar gözləyir” – deyə media yazır.