Rusiya mətbuatı xəbər verir ki, “Taliban” Kazanda keçiriləcək “BRİKS” sammitində iştirak etmək istəyir
Rusiyanın “Ria Novosti” dövlət agentliyinin məlumatına görə, hazırda Əfqanıstanı idarə edən “Taliban” oktyabrda Kazanda keçirilməsi planlaşdırılan “BRICS” sammitində iştirak etmək üçün Moskvaya ərizə göndərib.
Onların öz məlumatına görə, bu ərizəni Moskvaya “Taliban”ın siyasi qanadının rəhbəri Abdulla Qani Baradari göndərib.
Məktubun müəllifi Əfqanıstanın sənaye və ticarət naziri Nuridin Əziziya, ünvan sahibi isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovdur.
“Biz marağımızı bildiririk və sammitə yüksək səviyyəli nümayəndə heyəti göndərmək istərdik. Onların arasında Əfqanıstan baş nazirinin müavini Abdulla Qani Baradar, o cümlədən mən və digər iştirakçılar var”. – Rusiya mətbuatının yaydığı “Taliban”ın müraciətində deyilir.