Rusiya mediasının məlumatına görə, Dağıstanda hücumların qurbanlarının sayı 20-yə yüksəlib, 46 nəfər yaralanıb
Rusiya mediasının məlumatına görə, Dağıstanda hücumların qurbanlarının sayı 20-yə yüksəlib, 46 nəfər yaralanıb

Dağıstanda hücumların qurbanlarının sayı 20-yə ysəlib. Hücumlar nəticəsində isə ümumilikdə 46 nəfər yaralanıb. Rusiya mediasının məlumatına görə, yaralanan 7 nəfərin sağlamlıq vəziyyəti ağırdır. Xəsarət alanların bir qismi sonrakı müalicə üçün Dağıstandan kənarda yerləşən tibb müəssisələrinə köçürülə bilər. Ölənlər arasında hüquq-mühafizə orqanları, mülki şəxslər və bir din xadimi də var.

Rusiya təhlükəsizlik qüvvələri hücum edənlərdən beşini öldürüb. Onların kimliyi artıq müəyyən edilib. Faktla bağlı “terror aktı”, “qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, ötürülmə” və “odlu silah oğurluğu” maddələri ilə cinayət işi başlanıb.

İyunun 23-də Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində silahlı şəxslər kilsə, Sinaqoqa və polis bölməsinə hücum ediblər. Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.