Rusiya mediası - Əsirlərin girov götürüldüyü Volqoqrad koloniyasında bir nəfər ölüb
Rusiya mediası - Əsirlərin girov götürüldüyü Volqoqrad koloniyasında bir nəfər ölüb

Volqoqrad vilayətinin islah koloniyasında bir neçə nəfərin məhbuslar tərəfindən girov götürülməsi nəticəsində bir nəfər ölüb. Hadisə intizam komissiyasının iclası zamanı baş verib.

Rusiya mətbuatında yayılan ilkin təsdiqlənməmiş məlumata görə, hücumda 3-4 məhbus iştirak edir.

Koloniyanın əməkdaşlarından biri ölüb, dörd yaralı isə xəstəxanaya çatdırılıb.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasına sədrlik edərkən koloniyada baş verən hadisələrlə bağlı məlumatlandırılıb.

Hazırda girovların azad edilməsi istiqamətində əməliyyat aparılır, hüquq-mühafizə orqanları hadisə yerinə səfərbər olunub.