Rusiya Kiyevə irimiqyaslı raket hücumu həyata keçirib, Ukraynanın müdafiə qüvvələri bir neçə qanadlı raketi və ona yaxın pilotsuz uçuş aparatını məhv edib

15:48, 13.11.2024

Rusiya Ukraynanın paytaxtı Kiyevə irimiqyaslı raket zərbəsi endirib. Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın Kiyev bölgəsinə hücumu yerli vaxtla səhər saat 7-nin yarısında başlayıb və bu zaman qanadlı və ballistik raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilib. Hücum iki saat davam edib.

Zenit döyüşü nəticəsində Ukrayna Müdafiə Qüvvələri bir neçə qanadlı və ballistik raketi və ona yaxın pilotsuz uçuş aparatını məhv edib.

Ukrayna mətbuatının məlumatına görə, son 73 gündə ilk dəfə olaraq Kiyev vilayətində analoji miqyasda birləşmiş hücum həyata keçirilib.

Kiyev vilayətinin Brovarı rayonunda baş verən hücum nəticəsində bir nəfər yaralanıb, bir bina dağılıb. Hücumda Rusiya hərbi-kosmik qüvvələrinin strateji bombardmançıları iştirak edib.

Oxşar