Rusiya Xarici İşlər Nazirliyi - Tbilisi provokasiya aksiyalarını və kampaniyalarını Qərb ölkələrinin yardımı ilə həyata keçirir
Rusiyanın Xarici İşlər Nazirliyi Çorçona kəndinin yanında baş verən hadisələrlə bağlı bəyanat yayır.
Bəyanatda deyilir ki, Rusiya “Cənubi Osetiya və Gürcüstan sərhədində yaranan eskalasiyaya görə narahatdır”.
Həmçinin, bəyantda deyilir ki, “Cənubi Osetiyanın Tsneli kəndinin yanında polis keşik məntəqəsinin açılması Gürcüstan tərəfindən provokasiyadır”.
“Sxinvali tərəfindən dəfələrlə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı edilən tələblərə rəğmən, Gürcüstan tərəfindən belə provokasiyalar edilir. Belə olduğu halda, Cənubi Osetiya iqtidarı yerli əhalinin təhlükəsizliyi və insindentlərin prevensiyası üçün tək tərəfli olaraq, müvafiq inşaat işlərini aparmağa məcburdur.
Son günlərdə Tbilisi sərhəddəki vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışırdı” – deyilir Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında.
Rusiya Xarici İşlər Nazirliyi tərəflərə müraciət edir ki, yaranan vəziyyətin tənzimlənməsi üçün sadəcə konstruktiv dialoqlara və danışıqlara davam etsinlər.