Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Kursk vilayətindəki hazırkı vəziyyətlə əlaqədar Kiyevlə sülh danışıqları perspektivi uzun fasilədədir
Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Kursk vilayətindəki hazırkı vəziyyətlə əlaqədar Kiyevlə sülh danışıqları perspektivi uzun fasilədədir

Rusiya Xarici İşlər Nazirliyi Kursk vilayətindəki mövcud vəziyyətə əsasən, Kiyevlə sülh danışıqlarının perspektivinin “uzun fasilədə” olduğunu açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Rodion Miroşnik Ukrayna ilə bağlı keçirdiyi mətbuat konfransında qeyri-adekvat düşmənlə danışıqların qeyri-təbii olduğunu qeyd edib.

“Ukrayna Kursk vilayətində törətdiyi terror aktları ilə sülh danışıqları perspektivini ən azı uzun müddətə dayandırıb. Məncə, onlar bunu qəsdən ediblər. Mütləq qeyri-adekvat düşmənlə sülh danışıqlarının aparılması qeyri-təbiidir”, – Rodion Miroşnik bildirib.

Məlumat üçün bildirək ki, bu gün Rusiyada Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, Belqorod vilayətində vəziyyət son dərəcə gərgindir. Qladkov onu da qeyd edir ki, yaxın vaxtlarda o, Kurskda olduğu kimi Belqorodda da federal fövqəladə vəziyyət elan etmək üçün Rusiya hakimiyyətinə müraciət etmək niyyətindədir.