Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş verən terror aktı nəticəsində itkin düşmüş şəxslərlə bağlı 143 məlumat aldığını açıqlayıb

21:08, 27.03.2024

Rusiya İstintaq Komitəsinə “Crocus Sity Hall” terror aktı nəticəsində ölənlərin yaxınlarının itkin düşməsinə dair 143 məlumat daxil olub.

“Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı nəticəsində həlak olanlardan qohumlarının və ya yaxınlarının itkin düşməsi ilə bağlı 143 müraciət alıb”, – məlumatda deyilir.

Xatırladaq ki, Moskvada “Crocus City Hall”a bir neçə silahlı şəxs daxil olaraq konsertə gələn tamaşaçılara atəş açıb. Hücum nəticəsində 139 nəfər həlak olub, 182 nəfər isə yaralanıb. Rusiya Xarici İşlər Nazirliyi “Crocus City Hall”a hücumu terror aktı kimi qiymətləndirib.

Oxşar