Rusiya işğalçı qüvvələri tərəfindən Qori Munisipalitetinin Nikozi kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Qiorqi Meqrelişvili sərbəst buraxılıb
Rusiya işğalçı qüvvələri tərəfindən Qori Munisipalitetinin Nikozi kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Qiorqi Meqrelişvili sərbəst buraxılıb

 
Mayın 14-də Rusiya işğalçı qüvvələri tərəfindən Qori Munisipalitetinin Nikozi kəndi yaxınlığında, işğal altındakı ərazidə qanunsuz olaraq saxlanılan Qiorqi Meqrelişvili sərbəst buraxılıb və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Verilmiş məlumatda Qiorqi Meqrelişvilinin dərhal azad edilməsi üçün həm qaynar xətt mexanizmindən, həm də mərkəzi hakimiyyətin malik olduğu bütün digər vasitələrdən aktiv istifadə edildiyi deyilir.

“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca törədilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür. Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv işləməyə davam edir” -deyə DTX-nin məlumatında qeyd olunur.