Rusiya hərbi qüvvələri Ukraynanın Sumı şəhərində yaşayış məntəqəsinə raket zərbəsi endirib
Rusiya hərbi qüvvələri Ukraynanın Sumı şəhərində yaşayış məntəqəsinə raket zərbəsi endirib

Rusiya qüvvələri Ukraynanın Sumı şəhərində yaşayış məntəqəsinə raket zərbəsi endirib, iki nəfər yaralanıb.

Bu barədə Sumı Rayon Prokurorluğu məlumat yayıb.

Rusiya qüvvələri səhər saat altı radələrində Sumiyə raket hücumu həyata keçirib.

“İsgəndər” tipli raket dayanacağa düşüb.

Partlayış nəticəsində ticarət mərkəzinin binasına, beş yaşayış binasına və 15-dən çox avtomobilə ziyan dəyib.

Xilasetmə xidməti bomba partlayışı yerindəki yanğını söndürüb.

Bundan əlavə, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Rusiyanın ötən gecə buraxdığı 14 “Şəhid” pilotsuz təyyarəsinin hamısını vurub.

Pilotsuz təyyarələr Nikolaev, Çerkassi, Poltava, Dnepropetrovsk, Zaporojya və Kiyev vilayətləri üzərində məhv edilib.