Rusiya qüvvələrinin Ukraynaya irimiqyaslı raket hücumu nəticəsində ölənlərin sayı 5-ə yüksəlib

18:15, 26.08.2024

Rusiya qüvvələrinin Ukraynaya irimiqyaslı raket hücumu nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. Jitomir, Volın, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərində ölənlər var.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, hücumun hədəfi olaraq enerji infrastrukturu, o cümlədən Kiyev su elektrik stansiyası seçilib.

Yayılan məlumata görə, Rusiya hücumu 100-dən çox raket və 100-ə qədər pilotsuz uçuş aparatı ilə həyata keçirib.

Oxşar