Rusiya qüvvələrinin Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücumu nəticəsində həlak olanların sayı 9-a, yaralananların sayı isə 29-a yüksəlib
Rusiya qüvvələrinin Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücumu nəticəsində həlak olanların sayı 9-a, yaralananların sayı isə 29-a yüksəlib

 
Rusiya qüvvələri tərəfindən Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə həyata keçirilmiş hücum nəticəsində həlak olanların sayı 9-a, yaralananların sayı isə 29-a yüksəlib. Bu haqda məlumatı Ukrayna mediası yayır.

Medianın yazdığı üzrə, yaralananlar arasında 5-i uşaqdır.

Rusiya qüvvələri Krivoy Roq şəhərinə hücumu iyunun 12-də axşam həyata keçirib. Ukraynanın Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hadisəyə münasibət bildirib. Zelenski yazıb ki, “Rus terroru, Ukraynanın öz tərəfdaşları ilə birlikdə hava hücumundan müdafiəni gücləndirməli olduğunu sübut edir”.