Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyində dövlət bayraqları endirilib
Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyində dövlət bayraqları endirilib

 

2008-ci ilin Rusiya-Gürcüstan müharibəsinin başlamasından 14 il ötür. Müharibənin ildönümü ilə əlaqədar müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstan Müdafiə Nazirliyinin bütün inzibati binalarında, bölgələrdəki hərbi baza və briqadalarda Gürcüstanın dövlət bayraqları endirilib.

Bununla yanaşı, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisindəki bütün mövcud inzibati binalarda və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.

2008-ci ilin avqust müharibəsi 400-dən çox insanın həyatını itirməsi ilə nəticələndi. Müharibədə 2232 nəfər xəsarət aldı, onlardan 1045 nəfəri hərbi qulluqçu idi.