Rusiya-Gürcüstan arasında baş vermiş avqust müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq, parlament binasında Gürcüstanın dövlət bayrağı endirilib
Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə əlaqədar parlament binasında Gürcüstanın dövlət bayrağı endirilib.
Ölkə ərazisindəki bütün mövcud inzibati binalarda və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib.
2008-ci ilin avqust müharibəsi 400-dən çox insanın həyatını itirməsi ilə nəticələndi. Müharibədə 2232 nəfər xəsarət aldı, onlardan 1045 nəfəri hərbi qulluqçu idi.