Rusiya Flotunun gəmiləri Futbol Çempionatı zamanı işğal altında olan Abxaziyanın yanında yerləşəcəklər
Rusiya Flotunun gəmiləri futbol çempionatı zamanı Soçinin təhlükəsizliyini qoruyacaqlar.
Rus medyasının məlumatına görə, Rusiya gəmiləri Mundialın keçirildiyi zaman Soçi şəhərini dəniz hücumundan qoruyacaqlar.
Rusiyanıın baş qərargahında bəyan edirlər ki, gəmilər işğal altında olan Abxaziyanın sözdə “sərhədindən” Soçi şəhərinə qədər uzanan sahil xəttində yerləşəcəklər. Onların arasında Ankara və Sevastopolda bazalaşdırılmış gəmilər də var.
Qara dəniz sahilində səfərbər olunan xüsusi təyinat qüvvələri isə, dəniz altında minaları yoxlayacaq.
Ona qədər isə, Rusiyanın Müdafiyə Nazirliyi məlumat yaymışdı ki, futbol çempionatı zamanı, təhlükəsizliyin qorunması üçün 11 şəhərə radiolokasiya qrupu göndəriləcək.
Rusiyanın Federal Təhlükəsizlik xidməti isə, çempionatın qorunması üçün 50 hava qorunması kompleksi yerləşdiriləcək.
Mundial Rusiyada iyunun 14-də başlayacaq və iyulun 15-nə qədər davam edəcək.
Bütün bu müddət ərzində “Rosaviasiya” futbol matçlarının keçirildiyi şəhərlərə uçuşları qadağan edəcək.