Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru “Crocus City Hall”a hücumda Ukraynanın Baş Kəşfiyyat İdarəsini günahlandırıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru “Crocus City Hall”a hücumda Ukraynanın Baş Kəşfiyyat İdarəsini günahlandırıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov “Crocus City Hall”a hücumda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini günahlandırıb.

Bu barədə “Tas” yazır.

“İstintaq davam edir, lakin əminliklə deyə bilərəm ki, bu hücumda birbaşa Ukrayna hərbi kəşfiyyatı iştirak edib”, – Bortnikov bildirib.

Martın 22-də Moskva ətrafında yerləşən Crocus City Hall konsert zalına hücum 143 nəfərin ölümü ilə nəticələnib.

Rusiyada dördü birbaşa cinayətkar olmaqla, 11 nəfərin həbs edildiyi açıqlanıb. Terror aktına görə məsuliyyəti “İslam Dövləti” öz üzərinə götürüb.