Rusiya Federal Təhlükəsizlik Xidməti enerji obyektlərində təxribat törətməkdə ittiham olunan Almaniya vətəndaşı Nikolay Qayduku həbs edib

15:13, 20.11.2024

Rusiya Federal Təhlükəsizlik Xidməti Polşadan gələn Almaniya vətəndaşı Nikolay Qayduku Kalininqrad vilayətində həbs edib. Rusiya xüsusi xidmət orqanları onu enerji obyektlərində təxribat aktları planlaşdırmaqda ittiham edir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxs Hamburqda yaşayan 1967-ci il təvəllüdlü kişidir. Partlayıcı maddəni də Hamburqda ona Ukrayna vətəndaşı çatdırıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxs martın 22-də Kalininqradda qazpaylayıcı stansiyanın boru kəmərinin partladılması zamanı törədilən terror aktı ilə bağlıdır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinun mətbuat xidməti videogörüntülər yayıb. Bu görüntülərdə saxlanılan şəxsin avtomobilindən necə çıxarıldığı, asfalta uzadıldığı görünür. Agentlik bildirir ki, şübhəlinin avtomobilindən yarım litr maye partlayıcı tapılıb.

Oxşar