Rusiya Ermənistan-dan balıq məhsullarının idxalını məhdudlaşdırıb

12:11, 26.06.2026

Rusiya Ermənistan-dan bütün balıq məhsullarının idxalına məhdudiyyət tətbiq edib.

Məlumata görə, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) Ermənistanın daha iki iri müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını aşkar edilən pozuntular aradan qaldırılana qədər dayandırıb. Bu qərar nəticəsində hazırda Ermənistanın bütün balıq məhsullarının Rusiyaya ixracı müvəqqəti olaraq dayandırılıb.

Qurumun açıqlamasında bildirilir ki, pozuntularla bağlı ilkin hesabat hazırlanıb və problem aradan qaldırılmayana, tələb olunan təsdiqedici sənədlər təqdim edilməyənədək həmin müəssisələrin məhsullarının sertifikatlaşdırılması bərpa olunmayacaq.

“Rosselxoznadzor” həmçinin Ermənistan tərəfi ilə balıq məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlığın davam etdirildiyini açıqlayıb.

Oxşar