Rusiyanın Duması, Rusiya ilə işğal altındakı Abxaziya arasında ikili vətəndaşlıq haqqında qondarma sazişi ratifikasiya edib
Rusiya Dövlət Duması, Rusiya ilə işğal altındakı Abxaziya arasında ikili vətəndaşlıq haqqında qondarma sazişi ratifikasiya edib. Məlumatı Rusiya mətbuatı yayır.
Sözügedən qərara əsasən, Rusiya vətəndaşları Abxaziyaya səfər edə, Rusiya Federasiyasının vətəndaşlığından çıxmadan vətəndaşlıq ala biləcəklər.
Qondarma sənəd 2022-ci ilin sentyabrın 27-də Moskvada imzalanıb. Rusiya ilə işğalçı rejim arasında qondarma saziş mayın 31-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən ratifikasiya olunmaq üçün Dövlət Dumasına təqdim edilib.