Rusiya Dnepr şəhərində yerləşən müəssisəyə raket zərbəsi endirib, Nikopol rayonuna isə dronlarla hücum edib. Nəticədə iki nəfər həlak olub, 15 nəfər yaralanıb
Rus hərbçiləri Dnepr şəhərində yerləşən müəssisəyə raket zərbəsi endiriblər, həmçinin pilotsuz uçuş aparatları ilə Nikopol rayonuna hücum həyata keçiriblər. Nəticədə iki nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Bu barədə Ukrayna mediası məlumat yayıb.
Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbərinin sözlərinə görə, zərbə nəticəsində şəhərdə özəl müəssisəyə ziyan dəyib. Daha sonra bir nəfərin həlak olduğu, doqquz nəfərin isə yaralandığı bildirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Bununla yanaşı, Nikopol rayonuna edilən hücum nəticəsində bir kişi həlak olub, dörd nəfər yaralanıb. Hücum zamanı fərdi yaşayış evləri və avtomobillər də zədələnib.