Rusiya bildirir ki, ölkənin Hərbi Hava Qüvvələri Moskva istiqamətində uçan 25 Ukrayna pilotsuz təyyarəsini vurub
Rusiya Hərbi Hava Qüvvələri Moskva istiqamətində uçan 25 Ukrayna pilotsuz təyyarəsini vurub. Bu barədə Rusiya mətbuatı paytaxt meri Sergey Sobyaninə istinadən yazır.
İlkin məlumata görə, dronların dağıntılarının düşməsi dağıntılara səbəb olmayıb.
Dronların hücum təhlükəsi ilə əlaqədar Moskvanın “Domodedovo” və “Jukovski” hava limanları uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb. “Vnukovo” tam iş günü işləyir.