Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında telefon danışığı aparılıb
Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında telefon danışığı aparılıb

Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında telefon danışığı aparılıb.

Bu haqda məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayır.

Nazirliyin bəyanatına görə, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Xüsusi diqqət atəşkəs razılaşmasının yerinə yetirilməsinə və Rusiya və Fransa prezidentləri tərəfindən Dağlıq Qarabağ haqqında verilən bəyanatlara yetirldi.

Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri, ATƏT Minsk qrupunun vasitəçiliyi ilə, münaqişənin sülh yolu ilə həll olunmasının zərurətini vurğuladılar.