Rus məktəblərini qorumaq üçün Latviyanın paytaxtı Riqada 5 minə qədər insan etiraz aksiyası keçirdi.
Aksiya iştirakşılarının bəyanatına görə, Latviyada dil terroru və insanları assimilyasiyaya zorlamaq cəhdləri qeyri-məqbuldur.
Latviya iqtidarının planına əsasən, milli azlıqların təhsil aldığı rus dilli məktəblərdə, 2021-ci ildən tədris prosesi Latviya dilində olacaq.
Yayılan məlumata görə, etiraz aksiyasında ruslarla bərabər, belaruslar, qazaxlar, yahudilər və digər milli azlıqlar da iştirak edirdilər.
Aksiyanın təşkilatçılarının dediklərinə görə, iqtidar bu məsələ ilə bağlı referendum keçirmək istəyir. Latviya əhalisinin 40 faizi rus dilində danışır.