Rus medyasının məlumatına görə, Azərbaycan və Ermənistan humanitar məqsədlə atəşkəs haqqında razılaşma imzaladılar
Rus medyasının məlumatına görə, Azərbaycan və Ermənistan humanitar məqsədlə atəşkəs haqqında razılaşma imzaladılar

Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri, Dağlıq Qarabağ münaqişə zonasında humanitar məqsədlə atəşkəs haqqında razılaşdılar.

Bu barədə bəyanatı rus medyası yayır.

Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin görüşü Moskvada keçirildi.

Medyanın məlumatına görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bəyan edir ki, Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirləri məsləhətləşmələrlə bağlı birgə sənəd imzaladılar.

Rus medyası yazır ki, atəşkəs oktyabrın 10-da saat 12:00-dan humanitar məqsədlə başlamalıdır ki, həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi üçün imkan yaransın.

Sergey Lavrovla bərabər Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakyanın görüşü 10 saatdan artıq davam etdi.

Görüş başa çatdıqdan sonra, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin birgə bəyanatları yayıldı.

Bəyanatın mətni Rusiya Xarici İşlər Nazirliyini veb-səhifəsində yerləşdirilib.

Bəyanata görə, atəşkəs oktyabrın 10-dan, saat 12:00-dan humanitar məqsədlə, cəsədlərin yığılması və əsirlərin dəyişdirilməsi üçün, Beynəlxalq Qızıl Xaç komitəsinin meyarları nəzərdə tutularaq, qüvvəyə minəcək.

Sənədə əsasən, atəşkəsin konkret parametrləri sonradan əlavə ediləcək.

Bununla yanaşı, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, münaqişələrin tənzimlənməsinin baza prinsiplərinə dayanaraq, münaqişənin sülh yolu ilə həll edilməsi üçün”substansiyalı danışıqlara” keçəcəklər.

Bəyanata əsasən, tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyirlər.