Rus medyası - Amerikalı diplomatlara Rusiyanın prezident seçkilərində müşahidəçi kimi iştirak etməyə icazə verilməyəcək
Rus medyası - Amerikalı diplomatlara Rusiyanın prezident seçkilərində müşahidəçi kimi iştirak etməyə icazə verilməyəcək

“Amerikalı diplomatlara Rusiyanın prezident seçkilərində müşahidəçi kimi iştirak etməyə icazə verməyəcəklər.

Bu barədə məlumatı “İnterfaks” agentliyi Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkovun verdiyi şərhə əsasən, yayır.

“Amerikalı diplomatlar müşahidəçi olaraq, prezident seçkilərində iştirak edə bilməyəcəklər, çünki ABŞ-da 2016-cı ilin prezident seçkilərində rus diplomatlarına da müşahidəçi kimi iştirak etmək imkanı verilmədi” – dedi Nazir müavini.

Onun dediyinə görə. Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumatı Rusiyada işləyən amerikalı diplomatlara artıq bildirib.