Rus mediasının məlumatına görə, Rusiya Qazaxıstana hərbçilərin göndərilməsinə başladı
Rus mediasının məlumatına görə, Rusiya Qazaxıstana hərbçilərin göndərilməsinə başladı.
“Ria Novostinin” yazdığına görə, Rusiya Hərbi Hava Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Qazaxıstana sülhməramlı kontingent göndərir.
Dünən gecə saatlarında Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkədə baş verən hadisələri xarici təcavüz aktı kimi qiymətləndirdi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının liderlərinə kömək üçün müraciət etdi. Az sonra Ermənistanın baş naziri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Şurasına rəhbərlik edən Nikol Paşinyan Qazaxıstana kollektiv sülhməramlı qüvvə göndərilməsi barədə qərar qəbul etdiyini açıqladı.
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Qazaxıstandır.