Rus mediasının məlumatına görə, Rusiya Böyük Britaniya ilə bağlı bütün təyyarələr üçün hava məkanını bağlayır
Rusiya Böyük Britaniya ilə bağlı bütün təyyarələr üçün hava məkanını bağlayır. Bu barədə məlumat Rusiya dövlət mediası “Rosaviasiyaya” istinadən yayır.
İdarənin məlumatına görə, hava məkanına məhdudiyyət fevralın 25-də yerli vaxtla saat 11:00-da qüvvəyə mindi və Böyük Britaniya ilə əlaqəli şəxsə məxsus, icarəyə götürülən və ya istismar edilən və ya Böyük Britaniyada qeydiyyatda olan təyyarələrə aiddir.
“Rosaviasiyada” qeyd edirlər ki, bu tədbir “Britaniya aviasiya orqanlarının qeyri-dost qərarlarına” cavab olaraq qəbul edilib.
Xatırladaq ki, dünən Böyük Britaniyanın baş naziri Ukraynaya hücuma görə, Rusiyaya qarşı sanksiyalar elan etdi.