Rus mediası, hərbi xarakterli məlumat toplamaq ittihamı ilə Rusiyada Fransa vətəndaşının saxlanılması haqda məlumat verir
Rus mediası, hərbi xarakterli məlumat toplamaq ittihamı ilə Rusiyada Fransa vətəndaşının saxlanılması haqda məlumat verir

 

Hərbi xarakterli məlumat toplamaq ittihamı ilə Rusiyada Fransa vətəndaşı saxlanılıb.

Rus mediasının yaydığı məlumata əsasən, Moskvada saxlanılan Fransa vətəndaşı Loran Vinatie İsveçrənin Cenevrədə qurulmuş “Humanitar Dialoq Mərkəzi” qeyri-hökumət təşkilatı üçün işləyirmiş.

İstintaqın məlumatına əsasən, xarici dövlətin agentlərinin reyestrinə daxil edilməsi gərəkən sənədləri təqdim etmək öhdəliyini yerinə yetirməyi planlaşdırmayan saxlanılan şəxs bir neçə il məqsədyönlü şəkildə Rusiya Federasiyasının hərbi və hərbi-texniki fəaliyyəti istiqamətində məlumatlar toplayırmış.