Rus işğalçı qüvvələrinin nümayəndələri Dvani kəndi yaxınlığında işğal xəttinə yaxın iki tikili yerləşdiriblər
Rus işğalçı qüvvələrinin nümayəndələri Dvani kəndi yaxınlığında işğal xəttinə yaxın iki tikili yerləşdiriblər.
Tikililər rus hərbçiləri tərəfindən 300 metr məsafədə quraşdırılıb. Onlar tikanlı məftillərdən təxminən 20-30 metr məsafədədir.
Dövlət Təhlükəsizliyi Xidmətindən Birinci Kanala verilən məlumata əsasən, işğal olunmuş hissədə vaxtaşırı qanunsuz işlər aparılır və buna mərkəzi hökumət dərhal reaksiya verir. Onların hesabatlarına görə, bu barədə Avropa İttifaqının monitorinq missiyası, eləcə də Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrləri məlumatlandırılıb.