Rus hərbçiləri tərəfindən 14 avqustda yaxalanan Gürcüstan vətəndaşı qanunsuz həbsdən azad olundu
Rus işğalçıları tərəfindən 14 avqustda yaxalanan Gürcüstan vətəndaşı qanunsuz həbsdən azad olundu.
Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
“Gürcüstan vətəndaşının qanunsuz yaxalanması və onun dönmədən azad olunması məsələsini Gürcüstan mərkəzi hakimiyyəti müntəzəm olaraq insindentlərin prevensiyası və onlara münasibət mexanizmləri (IPRM) və Cenevrə beynəlxalq disskusiya formatında irəli sürürdü. Avropa İttifaqı Müşahidəçilər Missiyası ilə daimi əlaqə həyata keçirirdi qaynar xətt vasitəsilə.
Gürcüstanın mərkəzi hökuməti qeyri-qanuni həbs edilən şəxslərin tezliklə azad edilməsi üçün əlində olan bütün mexanizmlərdən istifadə edir. Onların həyata keçirdikləri müxtəlif qanunsuz hərəkətlər yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və əhalinin gündəlik həyatını çətinləşdirir. İşqal qüvvələri tərəfindən işğal xətti boyunca və işğal olunmuş bölgələrdə həyata keçirilmiş qanunsuz yaxalamalar və bütün başqa destruktiv hərəkətlərə məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür”, – Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda deyilir.