Rus hərbçilər Xarkov vilayətinin Volçansk şəhərində kaset bombalarından istifadə ediblər, 5 nəfər yaralanıb
Rus hərbçilər Xarkov vilayətinin Volçansk şəhərində kaset bombalarından istifadə ediblər, 5 nəfər yaralanıb

 
Ukrayna mediasının verdiyi məlumatda, rus hərbçilərin Xarkov vilayətinin Volçansk şəhərində kaset bombalarından istifadə etdiyi deyilir.

“Ukrainskaya pravda”nın yazdığı üzrə, nəticədə tibb işçiləri və şəhərin hərbi-rayon administrasiyasının rəhbəri Tamaz Ğambaraşvili yaralanıb.

Yerli hakimiyyət sözügedən məlumatı təsdiqləyir. Onların verdiyi məlumata əsasən, iki tibb işçisi, iki sürücü və Volçansk hərbi administrasiyasının rəhbəri də daxil olmaqla beş nəfər yaralanıb.

Xatırladaq ki, Rusiyanın işğalçı qüvvələri mayın 10-dan Xarkov vilayətinin yaşayış məntəqələrinə hücum təşkil edir.