Rus hərbçilər Ukrayna ərazisinə zərbələr endiriblər, Ukraynanın Hava Hücumundan Müdafiəsi beş raket və “kamikadze” dronları məhv edib
Rus hərbçilər Ukrayna ərazisinə zərbələr endiriblər, Ukraynanın Hava Hücumundan Müdafiəsi beş raket və “kamikadze” dronları məhv edib

 

Rus hərbçilər Ukrayna ərazisinə raket və hava zərbələri endiriblər. Zərbələr hava və quru raketləri, eləcə də “Shahed” tipli pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib. Bu haqda Ukrayna Silahlı Qüvvələri məlumat yayır.

Ümumilikdə rus hərbçilər müxtəlif tipli doqquz raket və 27 pilotsuz uçuş aparatından istifadə ediblər. Ukraynanın Hava Hücumundan Müdafiəsi Rusiya tərəfindən buraxılmış 9 raketdən beşini və bütün “kamikadze” dronları məhv edib.

Rusiya tərəfi mühüm infrastruktur obyektlərinə qarşı hücum həyata keçirib. Hücumun əsas istiqaməti Ukraynanın şərqi, daha dəqiq Dnepropetrovsk vilayətidir.