Rus əsgərləri tərəfindən işğal edilən Melitopolda yüzlərlə insan şəhər merinin oğurlanmasına etiraz edir
Rusiya əsgərlərinin işğal etdiyi Melitopol şəhərində etiraz aksiyası keçirilir. Nümayişçilər şəhər merinin ruslar tərəfindən qaçırılmasına etiraz edirlər.
Ukrayna prezidentinin ofisində bəyan etdiklrinə görə, vətəndaşlar ruslar tərəfindən zəbt edilən şəhər administrasiyasının binasına gedərək Melitopol meri, İqor Fedorovun azad edilməsini tələb etdilər.
Yayılan videoda görünür ki, yüzlərcə insan əllərində Ukrayna bayrağı ilə “merə azadlıq” bəyan edirlər.
11 martda məlum oldu ki, şəhərin merini oğurladılar. Ukrayna hakimiyyətinin məlumatına görə, onun başına torba taxılaraq naməlum istiqamətə aparıldı.
Hadisəyə görə prezident, Vladimir Zelenski Rusiya hökumətini “İslam Dövləti” terror qruplaşması ilə müqayisə etdi.
Rusiya hökuməti hələlik şərh verməyib.