İşğalçı rejim Kareli munisipalitetinin Taxtisdziri kəndinin yanında sözdə “demarkasiya işlərini yeniləndirdi”.
Taxtisdziri və Dirbi kəndlərinin ətrafında, təqribən 500 metrlik məsafədə, rus əsgərləri taxta dirəklər montaj ediblər.
Kareli munisipalitetinin meriyasının nümayəndəsi Nodar Kopadzenin Birinci Kanal verdiyi məlumata görə, taxta dirəklər sözdə “sərhədin” banerlərinin yanında qoyulub.
İşğalçı rejimin növbəti qeyri-qanuni hərəkəti ilə bağlı Avropa İttifaqının müşahidəçi missiyasına məlumat çatdırılıb və qaynar xətt işə salınıb.