Rus diplomatlarının kütləvi qovulmasına qədər Böyük Britaniyanın hazırladığı sənəddə Gürcüstandan da söhbət gedir
“Kommersant” rus nəşri sənəd yayır və nəşrin məlumatına görə, sənəd Moskvada yerləşən Böyük Britaniyanın səfirliyinə, xarici ölkə diplomatlarına martın 22-də, rus diplomatlarının kütləvi qovulmasından dörd gün əvvəl təqdim edildi. Sənəddə Gürcüstan barəsində də söhbət gedir.
Rusiyada ABŞ-ın səfiri, Con Hantsmanın dediyinə görə, Böyük Britaniyanın müttəqfiqlərinə, həmrəylik rəmzi olaraq ölkədən rus diplomatlarının kütləvi qovulması əsasını məhz elə bu sənəd verdi. Onun təqdimatda bəyan etdiyinə görə, Sergey Skripalinin zəhərləndirilməsində günahkar Rusiyadır.
Sənəddə həmçinin deyilir ki, zəhərləndirici maddə ilə 131 nəfərin mümkün əlaqəsi ola bilrədi. Tibbi yoxlamadan 51 nəfər keçdi. Baş verənlərin istintaqında anti-terror bölməsinin 230 əməkdaşı və 180 hərbiçi iştirak edir.