Rumıniyanın Qara dəniz sularında gəmidə baş verən yanğın nəticəsində iki nəfər həlak olub

18:15, 05.10.2026

Qara dənizdə, Rumıniya ərazi sularından kənarda bir gəmidə baş verən yanğın nəticəsində iki nəfər həlak olub, 11 nəfəri xilas etmək mümkün olub.

Bu barədə “Reuters” agentliyi Rumıniya hakimiyyətinə istinadən məlumat yayır.

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, gəmi batmaq təhlükəsi ilə üzləşib.

Ölkənin dəniz administrasiyasının bildirdiyinə görə, hadisəyə “Royad Mammadov” gəmisi səbəb olub. Yanğının səbəbi barədə təfərrüatlar hələlik məlum deyil.

Rumıniya mediasının məlumatına görə, gəmi Türkiyəyə məxsus olub və taxıl daşıyırdı.

Oxşar