Rumıniyanın Prezidenti NATO-nun baş katibi postu uğrunda mübarizədən rəsmən geri çəkildi, alyansın növbəti baş katibi ehtimal ki, Mark Rutte olacaq
Rumıniyanın Prezidenti NATO-nun baş katibi postu uğrunda mübarizədən rəsmən geri çəkildi, alyansın növbəti baş katibi ehtimal ki, Mark Rutte olacaq

 

Rumıniyanın Prezidenti Klaus İohannis NATO-nun baş katibi postu uğrunda mübarizədən rəsmən geri çəkildi, bu isə faktiki olaraq Niderlandın Baş naziri Mark Ruttenin alyansın növbəti baş katibi olacağı mənasına gəlir. Bu haqda “Euronews” yazır.

65 yaşlı İohannis mart ayında alyansın sədri postu uğrunda mübarizə aparacağını açıqlamışdı. O, NATO-nun şərq cinahını təmsil etdiyini bildirirdi, lakin uzun müddət boyunca onu yalnız Macarıstan açıq şəkildə dəstəkləyirdi.

NATO-nun yeni rəhbərinin seçilməsi alyansın 32 üzvünün hamısının konsensusunu tələb edir.