Rumıniyanın Xarici İşlər Naziri - Gürcüstan NATO-ya daxil olmaq perspektivi ilə çox yaxındır
Gürcüstan iqtidarı layiqli islahatlar həyata keçirdi və Gürcüstanı əhəmiyyətli şəkildə NATO-ya qoşulma perspektivi ilə yaxınlaşdırdı, – bu barədə bəyanatı Rumıniyanın Xarici İşlər Naziri Teodor Melenskau gürcü həmkarı Davit Zalkaniani ilə görüşdən sonra verdi.
Onun dediyinə görə, o Gürcüstanda həyata keçirilən islahat proseslərinə yüksək qiymət verir.
“Əminəm ki, gec və ya tez, Gürcüstan NATO-nun üzvü olacaq” – dedi Rumıniyanın Xarici İşlər Naziri və bəyan etdi ki, onun bu mövqeyi ilə bir çox NATO-lu həmkarı razıdır.
Bu mövzu ilə yanaşı, nazir Qara Dəniz regionunun təhlükəsizliyinin əhəmiyyəti haqqında danışdı.
Onun dediyinə görə, NATO-nun yekun deklarasiyasında, hansının qəbul edilməsi sabah üçün planlaşdırılıb, xüsusi diqqət Qara Dəniz regionunda əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi məsələlərinə yetiriləcək.
Xatırladaq ki, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani hazırda Vaşinqtondadır.