Ruminiyanın hakim partiyasının lideri Ruminiya səfirliyinin Qüdsə keçirilməsinin tərəfdarıdır
Ruminiyanın hakim partiyasının lideri Ruminiya səfirliyinin Qüdsə keçirilməsinin tərəfdarıdır. Sosial-Demokrat partiyasının lideri bu bəyanatı BMT-də səsvermədə işirak etməkdən imtina etdikdən sonra verdi.
Liviu Draqnianın dediyinə görə, səfiliyin keçirilməsi praktiki səbəblərə görə lazımdır.
“İsrailin bütün mərkəzi institutları Qüdsdədir, buna görə də səfirlər Tel-Avivdən Qüdsə getməyə məcbur olurlar”, – Draqnia bəyan edir.
Liviu Draqnia hazırda Ruminiya parlamentinin aşağı palatasının spiker vəzifəsini tutur.