Rumıniyanın Gürcüstandakı səfiri - namizəd statusu almaq üçün nailiyyətləri görürük, eləcə də bir sıra məsələlərin həll edilməsi gərəkdiyini görürük, bu, iş prosesidir
Rumıniyanın Gürcüstandakı səfiri Razvan Rotundu Gürcüstanın namizəd statusu almaq üçün nailiyyətlər əldə etdiyini, lakin həlli zəruri olan məsələlər olduğunu bildirib.
Səfir yekun namizəd statusunun verilməsinin 27 üzv dövlətin qərar verəcəyi məsələ olduğunu bildirib.
“Statusun verilməsi komissiyanın 12 tövsiyənin icrası ilə bağlı hesabatını gördükdən sonra 27 üzv dövlət tərəfindən qəbul ediləcək kollektiv qərardır. Hazırda biz Gürcüstan cəmiyyətinin nümayəndələri ilə dialoq aparırıq. Biz nailiyyətləri görürük, eləcə də bir sıra məsələlərin həll edilməsi gərəkdiyini görürük, bu hazırda iş prosesidir”- səfir açıqlayıb.