Rumıniyada Sahara səhrasından gələn toz səbəbindən palçıqlı yağış yağıb
Rumıniyada Sahara səhrasından gələn toz səbəbindən palçıqlı yağış yağıb. Məlumatı yerli media yayır.
Sosial şəbəkələrdə çirklənmiş avtomobillərin, ağacların, pəncərələrin, küçələrin foto və videoları yayılır.
Səlahiyyətlilər tənəffüs yoluxucu xəstəlikləri olan vətəndaşları ən azı 24 saat evdə qalmağa çağırıb.
Milli Meteorologiya Agentliyi bildirib ki, Sahara tozlu hava kütlələri çərşənbə gününə qədər Rumıniya üzərində qalacaq, daha sonra şimal-şərqə doğru hərəkət edəcək.
Məlum olduğu üzrə, Ukraynanın cənub vilayətlərində də Sahara tozunun təsirindən palçıqlı yağış müşahidə olunub.
Sahara səhrasından gələn narıncı toz dumanı bu gün Yunanıstanın paytaxtı Afinanı bürüdü.