Rumıniyada noyabrın 24-də prezident seçkiləri, dekabrın 1-də isə parlament seçkiləri keçiriləcək
Rumıniyada noyabrın 24-də prezident seçkiləri, dekabrın 1-də isə parlament seçkiləri keçiriləcək

Rumıniyanın hakim koalisiyası parlament və prezident seçkilərinin vaxtını müəyyən edib. Sosial Demokratlar və Liberalların qərarına əsasən, prezident seçkiləri noyabrın 24-də, ikinci tur zərurəti yaranarsa, dekabrın 8-də keçiriləcək. Turlar arasında dekabrın 1-də parlament seçkiləri keçiriləcək. Beləliklə, rumınlar iki-üç həftə üst üstə seçkiyə getməli olacaqlar.

Parlament və prezident seçkilərinin birgə keçirilməsi variantı da müzakirə edilib, hərçənd, sonda üç tarix barədə razılığa gəliblər. Sosial Demokratlar və Liberalların prezident seçkilərində ayrı-ayrı namizədlərlə təqdim olunsa da, seçkilərdən sonra koalisiya tərəfdaşları olaraq qalacağı gözlənilir.

Onlar Avropa Parlamentinin seçkilərində vahid siyahı ilə iştirak edirdilər və 48,6% səs qəbul ediblər.