Rumıniya Ukraynaya "Patriot" sistemini verəcək
Rumıniya Ukraynaya "Patriot" sistemini verəcək

 
Rumıniya sahib olduğu dörd “Patriot” sistemindən birini Ukraynaya verəcək. Bu haqda ölkənin Ali Müdafiə Şurası qərar qəbul edib.

Şuranın bəyanatında qeyd edildiyi kimi, qərarı Ukraynada vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsini nəzərə almaqla qəbul ediblər.

Rumıniyada izah edirlər ki, Rumıniya strateji tərəfdaşlarla danışıqlar nəticəsində analoji və ya digər oxşar müdafiə sistemi alarsa Kiyevə “Patriot” sistemini verəcəklər.